Göz qocalma prosesindən ən tez təsirlənən duyğu orqanıdır. Yaş artdıqca insanın görmə qabiliyyəti pisləşə bilər. Katarakt da yaşlanma ilə əlaqədar görmə pozğunluqlarının nəticəsidir və korluğun ümumi səbəbidir. Görmə keyfiyyətinin azalması, rəng doymasının azalması kimi əlamətlərə səbəb olan katarakt, insanın həyat keyfiyyətini çox təsir edir. İrəli yaşlarda tez-tez rast gəlinən katarakta 55-60 yaşları arasında görünməyə başlayır və tez-tez katarakta əməliyyatı edilir.