Kişi cinsiyyət orqanının nadir xərçənglərindən biri olan penis xərçəngi sünnət dərisinin altındakı nahiyəni təmiz saxlamayan 50 yaşdan yuxarı kişilərdə görülür. Xərçəngin ilkin mərhələsində cinsiyyət orqanının ucuna yaxın nahiyədə kiçik ziyil kimi əmələgəlmələr görünür və ağrısızdır. Ancaq vəziyyət irəlilədikcə ağrı və qanaxma baş verə bilər.